Bank Of Baku

“Lukoil” “ConocoPhilips”in səhmlərini əldə edib

“Lukoil” “ConocoPhilips”in səhmlərini əldə edib
# 30 sentyabr 2010 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiyanın «Lukoil» şirkətinin prezidenti azərbaycanlı Vahid Ələkbərov ABŞ-ın «ConocoPhillips» şirkətinin səhmlərinin alınması üçün «Lukoil»ın 9% səhmini girov qoyaraq kredit cəlb edib.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kreditin ümumi məbləği təxminən 2,4 mlrd. ABŞ dolları təşkil edir və «Lukoil» bu vəsaiti «ConocoPhillips» şirkətinin 4,99% səhminin alınmasına yönəldib.

Qeyd ed’k ki, səhm paketinin alınmasında «Lukoil» ilə birgə bir qrup investor və «Unicredit Bank» iştirak edib.

Bir neçə gün öncə «Lukoil» şirkəti ümumi qiyməti 980 mln. dollar olan «Unicredit Bank»ın notlarını alıb. Sözügedən notlar müəyyən şərtlərə görə «Lukoil»un 2% səhmlərinə konvertasiya ola bilər.

Xatırladaq ki, «Lukoil»un 20,6% səhmi V.Ələkbərova, 9,25% səhmi isə şirkətin vitse-prezidenti Leonid Feduna məxsusdur. Ötən il ərzində «Lukoil» 97 mln. ton neft hasil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR