Bank Of Baku

Türkiyənin baş naziri: “Hər bir ötən gün «Nabucco» layihəsinin əleyhinədir”

Türkiyənin baş naziri: “Hər bir ötən gün «Nabucco» layihəsinin əleyhinədir”
# 30 sentyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Nabucco» layihəsi üzrə hələ də konsensus əldə olunmayıb. «APA-Economics»in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu İstanbulda keçirilən 2-ci Qara dəniz enerji və iqtisadiyyat forumunun açılış mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəp Tayip Ərdoğan bildirib.

Onun sözlərinə görə, konsensusun hələ də əldə olunmaması Türkiyə tərəfini kədərləndirir: «Biz «Nabucco» layihəsinə hər hansı dəstəyi göstərməyə hazırıq. Lakin hazırda biz layihənin icrası ilə bağlı yalnız sözlər eşidib və həddən artıq az fəaliyyət görürük. Hazırda hər bir ötən gün layihənin əleyhinədir».

R.T.Ərdoğan eyni zamanda «Nabucco» layihəsinin vacibliyini və faydalılığını da vurğulayıb.

Regionda enerji təhlükəsizliyinin təmin olunmasında «Nabucco»nun əhəmiyyətli rol oynayacağını bildirən baş nazir həmçinin qeyd edib ki, layihəsi ilə bağlı hökumətlərarası sazişin 2009-cu ildə, layihənin dəstəklənməsinə dair sazişin isə bu ilin oktyabr ayında imzalanacaq: «Biz inanırıq ki, layihə həyata keçiriləcək».

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR