Bank Of Baku

İstanbulda II Qara dəniz enerji və iqtisadiyyat forumu keçirilir

İstanbulda II Qara dəniz enerji və iqtisadiyyat forumu keçirilir
# 30 sentyabr 2010 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün İstanbulda (Türkiyə) ABŞ-ın Atlantika Şurasının təşkilatçılığı ilə II Qara dəniz enerji və iqtisadiyyat forumu işə başlayıb.

Azərbaycan Sənaye və Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı ölkənin sənaye və energetika naziri Natiq Əliyev təmsil edir.

Forum çərçivəsində N.Əliyevin çıxışında Qara dəniz regionunda enerji təhlükəsizliyi məsələləri öz əksini tapıb. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərlərinin, həmçinin AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin bu regionu da əhatə etdiyini bildirən nazir qeyd edib ki, sözügedən layihələrin Qara dəniz hövzəsində enerji təhlükəsizliyini təmin edilməsində rolu böyükdür.

Qeyd edək ki, tədbirdə həmçinin Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan da iştirak edib. O «Nabucco» layihəsi ilə bağlı hökumətlərarası sazişin 2009-cu ildə imzalandığını, layihənin dəstəklənməsinə dair sazişin isə bu ilin oktyabr ayında imzalanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR