Bank Of Baku

Azərbaycanda elektrik enerjisi üzrə ödənişlər artıb

Azərbaycanda elektrik enerjisi üzrə ödənişlər artıb
# 30 sentyabr 2010 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayı ərzində «Azərenerji» ASC üzrə 521,7 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, avqustda ümumi ödəniş 94%-dən artıq olub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 8,7 faiz bəndi çoxdur. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlak 168,8 mln. kVt/saatdan artıq olub, ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz bəndi artaraq 91%-ə çatıb.

Bu ilin yanvar-avqust aylarında «Azəreneji» ASC üzrə ümumilikdə 4 251,9 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak olub. Ümumi ödəniş isə 87%-ə yaxın olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz bəndi çoxdur. O cümlədən daimi əhali istehlakçı qrupunda istehlak 1 567,1 mln. kVt/saata yaxın olub, ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz bəndi artaraq 78%-dən çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR