Bank Of Baku

ARDNŞ «Fitch Ratings» beynəlxalq agentliyi üçün illik hesabatı təqdim edib

ARDNŞ «Fitch Ratings» beynəlxalq agentliyi üçün illik hesabatı təqdim edib
# 01 oktyabr 2010 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Fitch Ratings» beynəlxalq agentliyi üçün illik hesabatın təqdimatını keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təqdimat mərasimində çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib.

İqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımov ARDNŞ-ın Azərbaycan iqtisadiyyatındakı rolundan bəhs edib. O, şirkət tam dövlət şirkəti olsa da, kommersiya qurumu kimi fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, «Fitch Ratings» ARDNŞ-ı 2009-cu ilin oktyabrında BB+ (stabil), 2010-cu ilin may ayında isə BBB- (stabil) reytinqinə layiq görüb.

Xatırladaq ki, hazırda beynəlxalq reytinqlərin verilməsi üzrə dünyada 3 əsas Amerika şirkəti liderlik edir. Bunlar «Fitch Ratings», «Moody’s» və «Standard&Poor’s» şirkətləridir ki, ilk iki şirkət ARDNŞ-ın fəaliyyətinə reytinq verib. «Standard&Poor’s» şirkəti ilə bu istiqamətdə danışıqlar isə davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR