Bank Of Baku

Qazaxıstan neftlə çirklənmiş torpaqların təmizlənməsində Azərbaycanın təcrübəsinə maraq göstərir

Qazaxıstan neftlə çirklənmiş torpaqların təmizlənməsində Azərbaycanın təcrübəsinə maraq göstərir
# 01 oktyabr 2010 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində Qazaxıstanın “Manqustaumunayqaz” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Manqustaumunayqaz»ın nümayəndələri Xəzər rayonu ərazisində salınmış «Ekoloji Park»ı ziyarət edib, bu rayonda ARDNŞ tərəfindən həyata keçirilən bioremediasiya prosesi ilə tanış olublar.

Ekoloji Monitorinq Departamentində qazaxıstanlı nümayəndələrə ARDNŞ-ın reallaşdırdığı ekoloji layihələr haqqında geniş məlumat verilib və qonaqlar neftlə çirklənmiş torpaqların təmizlənməsində ARDNŞ-ın təcrübəsinə böyük maraq göstərib. Ekologiya İdarəsinin əməkdaşları qazaxıstanlı həmkarlarına aparılan bioremediasiya üsullarının üstünlükləri, ARDNŞ-da bu prosesin idarə olunması üçün istifadə edilən bioloji təmizlənmə texnologiyaları haqda məlumat verib. Təmizlənmə prosesində istifadə olunan mikroorqanizmlərin Abşeron yarımadasında, çirklənmiş ərazilərdən götürülərək, laborator şəraitdə artırılması və bioloji təmizlənmədə istifadə olunması haqqında məlumatlar da «Manqustaumunayqaz»ın nümayəndələrində maraq oyadıb.

Sonda tərəflər arasında qarşılıqlı ekoloji layihələrin yerinə yetirilməsində əməkdaşlığın perspektiv imkanları haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR