Bank Of Baku

«Azərikimya» İB-də SAP ERP sisteminə keçidlə bağlı təşkil olunmuş kurs məşğələlərinin ilkin mərhələsi başa çatıb

«Azərikimya» İB-də SAP ERP sisteminə keçidlə bağlı təşkil olunmuş kurs məşğələlərinin ilkin mərhələsi başa çatıb
# 01 oktyabr 2010 20:11 (UTC +04:00)
Bakı-APA. Sentyabrın əvvəlindən etibarən «Azərikimya» İB-nin xüsusi tədris zalında Birliyin kadrlar, maliyyə-uçot və digər dəqiq hesabat tələb edən idarə və şöbələrinin əməkdaşları üçün təşkil edilmiş beynəlxalq uçot sistemi - SAP ERP üzrə kursların ilkin mərhələsi başa çatıb. Dinləyicilər «ev tapşırığı» - çalışdıqları sahələrlə bağlı yeni sistem üzrə sənəd və hesabatların hazırlanması üçün praktik tapşırıq alaraq oktyabrın 4-dək qısa «tətil»ə çıxıblar. Bu barədə APA-ya «Azərikimya» İB-nin mətbuat xidmətindən məlumat veriblər.
Mühasibat-uçot işinin çox dəqiq və əhatəli aparılması, baza sisteminin yaradılması və əlaqələndirmə-operativlik baxımından müstəsna əhəmiyyətə malik olan SAP ERP sisteminin ARDNŞ-də, onun müəssisə və idarələrində də tətbiqi mühüm əhəmiyyət kəsb edərək, effektli olduğundan «Azərikimya» İB-də də onun mütəxəssislər tərəfindən mükəmməl öyrənilməsinə xüsusi diqqət yetirilir və yeni ildən etibarən müvafiq sahələr üzrə reallaşdırılması nəzərdə tutulur.
İş günləri ərzində olmaqla 80 nəfərə yaxın dinləyicinin cəlb edildiyi, ciddi maliyyə-mühasibat və digər uçotların daha müasir və operativ şəkildə aparılmasını təmin edən SAP ERP sisteminin «Azərikimya» İB-də öyrənilməsi üzrə kursların nəzəri və praktiki məşğələlərinə ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sumqayıta ezam olunmuş təcrübəli mütəxəssisləri rəhbərlik edirlər.
Qeyd edək ki, istehsalat fəaliyyətinin tənzimlənməsi, maliyyə-uçot əməliyyatlarına daha ciddi nəzarət edilməsi və müəyyən proqnozlaşdırma-planlaşdırma işlərinin mükəmməl aparılması, əməliyyatların çeviklik xüsusiyyəti baxımından olduqca mühüm olan və səmərəli nəticələr verən SAP sisteminin «Azərikimya»nın maliyyə-iqtisad mütəxəssisləri tərəfindən öyrənilməsinin ikinci mərhələsi oktyabrın 4-dən davam etdiriləcək. Həmin gündən etibarən Birliyin bütün müəssisə və idarələrinin müvafiq sahələrdə çalışan işçiləri də SAP kurslarında məşğələlərə başlayacaqlar. Ümumilikdə mütərəqqi uçot sisteminin öyrənilməsinə Birliyin 100-dən artıq mütəxəssisi cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR