Bank Of Baku

“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağında yeni quyu qazılır
# 02 oktyabr 2010 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev–APA-Economics. “Günəşli” yatağındakı 13 saylı platformadan 79 nömrəli quyuda qazma işlərinə başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3500 metrdir.
Maili istiqamətləndirilmiş bu quyu «28 May» NQÇİ-nin sifarişi əsasında «SOCAR-AQŞ» Müştərək Müəssisəsi tərəfindən qazılır. Quyunun 2010-cu ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu «SOCAR-AQŞ»ın “Günəşli” yatağındakı 13 nömrəli platformadan qazdığı sayca 11-ci quyudur. Hazırda müəssisə «Günəşli» yatağında yerləşən iki platformada neft və qaz quyularının qazılması və tikintisi işlərini həyata keçirir. Həmçinin, 11 saylı platformada 1, 13 saylı platformada isə 2 quyuda qazma işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR