Bank Of Baku

ARDNŞ-ın Təlim, Tədris Mərkəzində yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

ARDNŞ-ın Təlim, Tədris Mərkəzində yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib
# 02 oktyabr 2010 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsi Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin Təlim, Tədris Mərkəzində yeni tədris ilinin başlanması münasibətilə təntənəli tədbir keçirilib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Mərkəzin direktoru Rafiq Əhmədov neft sahəsində respublikanın ixtisaslı fəhlə kadrları ilə təmin olunmasında bu təhsil müəssisəsinin müstəsna rolundan danışıb. Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin direktoru Asif Bəkirli ölkədə yüksək ixtisaslı peşəkar milli kadrların hazırlanması işində ARDNŞ- byük rolu olduğunu bildirib.
Qeyd edilib ki, Uşaq evindən gəlmiş 6 gənc də builki tələbələrin sırasına daxil edilib. Onlar burada təqaüdlə, gündə 3 dəfə yeməklə və yataqxana ilə təmin olunublar.
Qeyd edək ki, builki imtahanları müvəffəqiyyətlə verərək, tələbə adı qazanan 55 tələbə 2010-2011-ci tədris ilində Təlim, Tədris Mərkəzində 6 ixtisas (Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nasos qurğusu maşinisti, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik qaz qaynaqçısı, texnoloji qurğuların təmiri üzrə çilingər və texnoloji qurğuların operatoru) üzrə təhsil alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR