Bank Of Baku

Qazaxıstanda beynəlxalq neft-qaz konfransı keçirilir

Qazaxıstanda beynəlxalq neft-qaz konfransı keçirilir
# 04 oktyabr 2010 09:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Astanada (Qazaxıstan) “Dənizdə neft və qaz hasilatı” adlı I beynəlxalq konfrans işə başlayıb.

APA-Economics”in məlumatına görə, tədbir ilk dəfə keçirildiyindən Qazaxıstan, Azərbaycan, Türkmənistan, İran, Rusiya, ABŞ, Avropa, Cənubi və Şərqi Asiya, Mərkəzi Asiya, Yaxın Şərq mütəxəssislərində maraq doğurub. Konfransın əsas mövzularından biri kimi Xəzər dənizində neft və qaz hasilatının xüsusiyyətlərinin və ekoloji aspektlərinin müzakirəsini qeyd etmək olar.

Həmçinin konfrans çərçivəsində Xəzər dənizinin Qazaxıstan şelfinin işlənməsinə dair dövlət proqramının həyata keçirilməsi məsələləri, hasilat sahəsinə yeni texnologiyaların cəlb edilməsi və dünya təcrübəsi də müzakirə olunacaq. Bundan əlavə, Xəzər dənizində boru kəmərlərinin çəkilməsi məsələləri də iştirakçıların diqqət mərkəzində olacaq.

Konfransda “KazMunayqaz”, “Şell Qazaxıstan”, “Tenqizşevroil”, “Qazaxturkmunay”, “Şlyumberje”, “Haliberton”, “Siemens” və digər şirkət və təşkilatlar iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR