Bank Of Baku

Azərbaycan daha bir kimya müəssisəsini investisiya müsabiqəsi ilə satışa çıxarıb

Azərbaycan daha bir kimya müəssisəsini investisiya müsabiqəsi ilə satışa çıxarıb
# 04 oktyabr 2010 09:37 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə Azərbaycanın hüquqi və fiziki şəxsləri ilə yanaşı xarici investorlar da iştirak edə bilər.
Səhmdar cəmiyyətinin investisiya müsabiqəsinə çıxarılmış səhmlərinin sayı 3 766 106 ədəd təşkil edir. Bu səhmlərin ümumi nominal dəyəri isə 7 532 212 manatdır (1 səhm – 2 manat).
Müsabiqədə iştirak etmək üçün investorlar müasir standartlara cavab verən məhsulların istehsalına nail olmaq məqsədilə investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə investisiya proqramını təqdim etməlidir. Təqdim olunacaq investisiya proqramında yeni texnologiyaların tətbiqi ilə ixracyönümlü məhsulların və yerli bazarda tələb olunan məhsulların istehsalının təşkilinə dair təkliflər göstərilməlidir. Həmçinin, investisiya proqramında yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təkliflər əksini tapmalıdır.
İddiaçılar dövlət büdcəsinə ödəniləcək 1,5 mln. manat vəsaitdən və Komitəyə təqdim olunacaq 100 min ədəd dövlət özəlləşdirmə çekindən az olmamaq şərti ilə müvafiq təkliflər verməlidir. Xarici investorlar təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidir.
Müsabiqənin qalibi ASC-nin səhmlərini alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini 90 təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, 30 təqvim günü müddətində təklif etdiyi sayda dövlət özəlləşdirmə çeklərini (xarici investor olduqda həm də dövlət özəlləşdirmə opsionlarını) təqdim etməlidir. Həmçinin, investisiya proqramı ilə müəyyən edilmiş investisiyanın ümumi həcminin 5%-ə qədər hissəsini pul vəsaiti şəklində 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi təmin olunmalıdır.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflər bu ilin noyabrın 1-dək təqdim olunmalıdır. Təkliflər zərfləri noyabrın 3-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR