Bank Of Baku

«Azərikimya» və «Nijnekamskneftexim» şirkətləri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub

«Azərikimya» və «Nijnekamskneftexim» şirkətləri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub
# 04 oktyabr 2010 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Nijnekamskneftexim» ASC-nin rəhbərliyi Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyi ilə işgüzar əməkdaşlıq əlaqələri yaratmaq məqsədilə Sumqayıt şəhərinə səfər edib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında aparılmış işgüzar müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra «Azərikimya» və «Nijnekamskneftexim» tərəfdaşlıq əlaqələrini ildən-ilə genişləndirəcək, kimyəvi məhsulların mübadiləsini artıracaq, qarşılıqlı şəkildə perspektiv inkişafa nail olmaq üçün həm texnoloji planda, həm də kadr hazırlığı və mübadiləsi baxımından bir-birinə yardım göstərəcək, dünya bazarında mövqelərini möhkəmləndirmək məqsədi ilə uzunmüddətli əməkdaşlıq edəcək. Görüşün sonunda tərəflər arasında ilkin protokol imzalanıb.

Qeyd edək ki, «Nijnekamskneftexim» ASC özündə 10 kimya müəssisəsini birləşdirməklə 100-dən artıq çeşiddə kimya məhsulları, o cümlədən ümumi və xüsusi təyinatlı sintetik kauçuk, polietilen, polipropilen, polistirol, kauçuk və plastiklər üçün ilkin xammal olan monomerlər, həmçinin etilen və propilen oksidi, səthi aktiv maddələr və digər neft- kimya məhsulları istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR