Bank Of Baku

İraqın təsdiq olunmuş neft ehtiyatları 143 mlrd. bareli keçib

İraqın təsdiq olunmuş neft ehtiyatları 143 mlrd. bareli keçib
# 04 oktyabr 2010 11:10 (UTC +04:00)
Bakı - APA-Economics. İraqın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 143,1 mlrd. barelə çatıb.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə İraqın neft sənayesi naziri Hüseyn əl-Şəhristani açıqlama verib.

Bu göstərici ilə İraq yenə də Səudiyyə Ərəbistanı və İrandan sonra üçüncü yeri tutur. İndiyədək İraqın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 115 mlrd. barel olub.

Hüseyn əl-Şəhristani bildirib ki, İraqın neft ehtiyatlarının 71%-i ölkənin cənubunda, 20%-i şimalında, 9%-i isə mərkəzində toplanıb. Karbohidrogen ehtiyatlarının ixracı İraq büdcəsinin gəlirlərinin 95%-ni təmin edir. Hazırda İraqda neft hasilatı sutkada 2,4 mln. barel təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR