Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti neft məhsullarının ixracını sentyabrda 10% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti neft məhsullarının ixracını sentyabrda 10% azaldıb
# 04 oktyabr 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 165 278 ton neft məhsulları ixrac edib ki, avqust ayı ilə müqayisədə bu göstərici 10,4% azalıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sentyabrda 21 986 ton avtomobil benzini, 134 268 ton dizel yanacağı, 9 024 ton təyyarə yanacağı ixrac edilib.

Ümumilikdə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 1 452 266 ton neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% azdır. Hesabat dövründə 134 303 ton avtomobil benzini, 1 227 848 ton dizel yanacağı, 89 351 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.

Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 697,69 ABŞ dolları, təyyarə yanacağının – 694,92 dollar, dizel yanacağının – 662,47 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 449,32 dollar təşkil edib.

Xatırladaq ki, bu il Azərbaycan neft məhsullarının ixrac həcmini artırmaq niyyətində deyil. Buna baxmayaraq, ölkədə istehsal olunan neft məhsulları yeni bazarlara çıxarılacaq. Belə ki, Azərbaycan Özbəkistan, Qırğızstan və Əfqanıtsana dizel yanacağı, benzin və aviasiya üçün ağ neft ixrac edəcək. Hazırda Azərbaycan neft məhsullarını əsasən Gürcüstana, eyni zamanda Yunanıstana, İtaliyaya reaktiv yanacaq, Aralıq dənizi regionuna – dizel yanacağı ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR