Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından neft ixracını kəskin azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından neft ixracını kəskin azaldıb
# 04 oktyabr 2010 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk (Rusiya) limanından 85 010 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, avqustda Novorossiysk limanından ixrac olunmuş xam neftin həcmi avqust ayı ilə müqayisədə 2,5 dəfə azalıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə həmin istiqamətdə 1 560 986 ton xam neft ixrac edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 20,4% azdır.

Qeyd edək ki, sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 77,80 ABŞ dollarına, Urals nefti – 77,39 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 79,20 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR