Bank Of Baku

Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi son bir ildə 38% artıb

Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi son bir ildə 38% artıb
# 29 oktyabr 2010 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi əvvəlki aya nisbətən 0,2% azalıb, yanvar-sentyabr aylarında isə 2009-ci ilin müvafiq dövrünə nisbətən 38,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrda mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100% təşkil edib.

Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə dəyişməyib, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,1% artıb.

Cari ayda emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri emal sənayesinin digər sahələri üzrə 4,3%, oduncaqların emalı və ağacdan məmulatların istehsalı üzrə 1,7%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə 0,9%, maşın və avadanlıqların istehsalı və içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 0,8%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 0,7%, digər qeyri-metal mineral maddələrin istehsalı üzrə isə 0,1% bahalaşıb, neft məhsullarının istehsalı üzrə 2,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə isə 0,9%, kimya sənayesi üzrə 0,7%, toxuculuq və tikiş sənayesi üzrə 0,2%, sellüloz-kağız istehsalı, nəşriyyat işi və elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı üzrə 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR