Bank Of Baku

Azərbaycan butadien-butilen fraksiyasının ilk partiyasını sifarişçiyə göndərib

Azərbaycan butadien-butilen fraksiyasının ilk partiyasını sifarişçiyə göndərib
# 30 oktyabr 2010 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rusiyanın «Nijnekamskneftexim» ASC-nin sifarişinə əsasən, butadien-butilen fraksiyasının ilk partiyasını Nijnekamska yola salıb.

«Azərikimya» İB-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərkimya» Rusiyanın ən iri neft-kimya müəssisəsi olan «Nijnekamskneftexim» ASC ilə kimyəvi məhsulların mübadiləsini genişləndirmək, dünya bazarında istehsalçı mövqelərini daha da möhkəmləndirmək məqsədi ilə birgə fəaliyyət göstərmək niyyətindədir.

«Azərikimya» bu ilin sonuna kimi Nijnekamska daha bir kimyəvi məhsulun – propilenin göndərilməsini nəzərdə tutub. Qeyd edək ki, «Azərikimya»nın Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işlərindən sonra «EP-300» istehsalat kompleksinin fəaliyyəti bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR