Bank Of Baku

Azərbaycanda tekstil sənayesində fəaliyyət göstərən müəssisələrin anbarlarında hazır məhsul ehtiyatları 41% azalıb

Azərbaycanda tekstil sənayesində fəaliyyət göstərən müəssisələrin anbarlarında hazır məhsul ehtiyatları 41% azalıb
# 30 oktyabr 2010 09:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 41,6 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesaabt dövründə ölkədə 5,9 min ton pambıq lifi, 2,6 min ton pambıq iplik, 1,6 min kv. metr xalça və xalça məmulatları, 989,6 min cüt corab məmulatları, 93,3 min ədəd kişi və oğlanlar üçün kostyumlar və s. məhsullar istehsal edilib.
Bununla yanaşı, 2010-cu il oktyabrın 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 15,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,8%-i qədər hazır məhsul qalığı olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisdə 40,8% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR