Bank Of Baku

Azərbaycan oktyabrda neft məhsullarının ixracını azaldıb

Azərbaycan oktyabrda neft məhsullarının ixracını azaldıb
# 03 noyabr 2010 09:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu il oktyabr ayında 21,072 min ton avtomobil benzini, 117,014 min ton dizel yanacağı, 9,097 min ton təyyarə yanacağı ixrac edib. Bu ilin sentyabr ayı ilə müqayisədə avtomobil benzininin ixracı 4,15%, dizel yanacağının ixracı 12,85% azalıb, təyyarə yanacağının ixracı isə 0,8% artıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində 155,375 min ton avtomobil benzini, 1 344,862 min ton dizel yanacağı, 98,449 min ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.

Qeyd edək ki, bu ilin oktyabrında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 762,87 dollar, təyyarə yanacağı – 742,30 dollar, dizel yanacağı – 705,50 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 466,57 dollar təşkil edib. Ümumilikdə, oktyabr ayında neft məhsullarının dünya qiymətləri sentyabra nisbətən 3-10% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR