Bank Of Baku

Rusiya neft hasilatı üzrə yeni rekorda imza atıb

Rusiya neft hasilatı üzrə yeni rekorda imza atıb
# 03 noyabr 2010 10:44 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya neft hasilatı üzrə yeni rekorda imza atıb. “APA-Economics”in xəbərinə görə, Rusiya Energetika Nazirliyinin açıqladığı hesabat artıq iki aydır rekord nəticə əldə olunduğunu göstərir.

Sentyabr ayı ərzində Rusiyada sutkada 10,16 mln. barel, oktyabr ayı ərzində isə 10,26 mln. barel neft çıxarılıb. Ümumilikdə Rusiyada çalışan neft şirkətləri oktyabr ayı ərzində 43,379 mln. ton, 10 ay ərzində isə 420,16 mln. ton neft hasil ediblər.

Rusiya hökuməti 2010-cu ildə illik göstəricini 500 mln. tona çatdırmaq və bu rəqəmi 2020-ci ilə qədər qoruyub saxlamaq niyyətindədir. Qeyd edək ki, ötən il Rusiyada 494 mln. ton neft hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR