Bank Of Baku

Tacikistanda enerji istehlakına məhdudiyyət tətbiq olunmasına başlanıb

Tacikistanda enerji istehlakına məhdudiyyət tətbiq olunmasına başlanıb
# 03 noyabr 2010 12:07 (UTC +04:00)
Bakı - APA-Economics. Tacikistan hökuməti ölkədə enerji istehlakına rəsmən məhdudiyyət tətbiq etməyə başlayıb.

APA-Economics”in “Asia Plyus”a istinadən xəbərinə görə, ölkənin hidroenerji ehtiyatlarının azlığı səbəbindən bir sıra rayonlara enerji verilməsində fasilələr yaranacaq.

İstisnalar yalnız paytaxt Düşənbəyə, vilayət mərkəzlərinə, strateji əhəmiyyətli obyektlərə və inzibati binalara şamil olunacaq. Ötən ildən fərqli olaraq, bu il enerji verilməsinin müddəti 5 saat artırılaraq 12 saat olacaq.

Qeyd edək ki, Tacikistanda hər il payızın əvvəlindən yazın sonuna qədər enerji istehlakına məhdudiyyət tətbiq olunur. Energetiklərin dediyinə görə, məhdudiyyət olmasa, artıq dekabr ayında Tacikistan işıqsız qala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR