Bank Of Baku

Azərbaycan Novorossiysk limanından neft ixracını 2,6 dəfə artırıb

Azərbaycan Novorossiysk limanından neft ixracını 2,6 dəfə artırıb
# 03 noyabr 2010 12:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın Novorossiysk limanından ixrac etdiyi neftin həcmini kəskin artırıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin oktyabr ayında Şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 219 min 515 ton xam neft ixrac edib. Bu sentyabr ayına nisbətən 2,6 dəfə çoxdur.

Ümumilikdə, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində həmin istiqamətdə 1 780 501 ton xam neft ixrac edilib.

Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 82,75 dollara, Urals nefti – 81,53 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 83,93 dollara satılıb. Oktyabrda neftin qiyməti sentyabra nisbətən 4-5 dollar yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR