Bank Of Baku

ARDNŞ qaz təhvili proqnozlarına artıqlaması ilə əməl edib

ARDNŞ qaz təhvili proqnozlarına artıqlaması ilə əməl edib
# 03 noyabr 2010 16:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2010-cu ilin oktyabr ayı ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 1 mlrd. 58 mln. 504 min kubmetr “mavi yanacaq” verib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, sentyabr ayına nisbətən 20,14 % çoxdur.

Oktyabr ayında qazın 732 mln. 273 min kubmetri istifadə olunub, 326 mln. 231 min kubmetr “mavi yanacaq” yeraltı qaz anbarlarına vurulub. İstifadə olunan qazın 610 mln. 448 min kubmetri sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə verilib, 31 mln. 108 min kubmetr Gürcüstana, 80 mln. 633 min kubmetr qaz Rusiyaya ixrac olunub, 10 mln. 84 min kubmetr “mavi yanacaq” isə Naxçıvan MR-in qaz təminatı üçün İran İslam Respublikasına ötürülüb. Sentyabr ayına nisbətən oktyabrda Rusiyaya göndərilən qazın həcmi 20 mln. kubmetr, Gürcüstana verilən həcm isə 17 mln. kubmetr artıb.

Ümumilikdə Dövlət Neft Şirkəti ilk 10 ayda ölkənin yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-oktyabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 9 mlrd. 424 mln. 284 min kubmetr “mavi yanacaq” verib ki, bu da proqnozdan 880 mln. 784 min kubmetr çoxdur.

Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı ilə əlaqəli bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək məqsədilə yeraltı qaz anbarlarından əlavə olaraq 638 milyon 680 min kubmetr “mavi yanacaq” götürülüb. Bununla yanaşı, yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 639 milyon 213 min kubmetr qaz vurulub. Beləliklə, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində 8 mlrd. 423 mln. 751 min kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 7 mlrd. 172 mln. 945 min kubmetr təbii qaz verilib, Gürcüstana 278 mln. 463 min kubmetr, Rusiyaya 698 mln. 637 min kubmetr qaz ixrac olunub, Naxçıvan MR-in qaz təminatı üçün isə İran İslam Respublikasına 273 mln. 706 min kubmetr “mavi yanacaq” ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR