Bank Of Baku

Oktyabrda Kulevi terminalı 340 min ton neft və neft məhsulları qəbul edib

Oktyabrda Kulevi terminalı 340 min ton neft və neft məhsulları qəbul edib
# 03 noyabr 2010 16:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-a məxsus Kulevi Qara Dəniz Terminalı cari ilin oktyabr ayı ərzində 339 548 ton neft və neft məhsulları qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ötən ay terminal vasitəsilə 310 174 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur.

Qeyd etmək lazımdır ki, xam neftin qəbulu və ötürülməsi ilə terminalın dünya enerji bazarındakı mövqeləri daha da möhkəmlənib. Bu günədək terminal vasitəsilə 1 mln. tonadək xam neft ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR