Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondun aktivləri 21,7 mlrd. dolları ötüb

Azərbaycan Dövlət Neft Fondun aktivləri 21,7 mlrd. dolları ötüb
# 04 noyabr 2010 08:16 (UTC +04:00)
Fonddan «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 458,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından - 9 346 mln. manat, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən - 105 mln. manat, tranzit gəlirləri 5,4 mln. manat, akrhesabı ödənişlər üzrə 1,2 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,1 mln. manat təşkil edib. Cari ilin 9 ayı ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 119,5 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondu 3 625,0 mln. manat vəsait dövlət büdcəsinə transfer edib. Bundan başqa, Fondun xərclər strukturunda qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 80 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 109,6 mln. manat və 112,1 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 3,8 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,9 mln. manat yönəldilib. Qeyd edək ki, 9 ayı ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11,2 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərcləri 164,9 mln. manat təşkil edib.

Beləliklə, 2010-cu il oktyabr ayının 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 45,8% artaraq 21 720,8 mln. ABŞ dollarına bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR