Bank Of Baku

Masallının Çaxırlı kəndinə 15 illik fasilədən sonra təbii qaz verilib

Masallının Çaxırlı kəndinə 15 illik fasilədən sonra təbii qaz verilib
# 04 noyabr 2010 15:45 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Bu gün 15 illik fasilədən sonra Masallı rayonunun Çaxırlı kəndinə təbii qaz verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, ilkin mərhələdə kənddəki 520 abonentdən 336-sı sayğacla mavi yanacaqla təmin olunub.

Bu məqsədlə 4,5 kilometr uzunluğunda daşıyıcı kəmər, 11 kilometrlik kəndarası qaz boruları yenisi ilə əvəz olunub, 6 ədəd qaz tənzimləyici qurğu şkaf quraşdırılıb. Tədbirdə kənd sakinləri çıxış edərək qazın çəkilişində əməyi olan insanlara minnətdarlıqlarını çatdırıblar.

Masallı Rayon Qaz İstismarı Sahəsinin rəisi Səməd Nurullayevin sözlərinə görə, rayonun 23 kəndi və 2 qəsəbəsi təbii qazla təchiz olunub. Rayonun tam qazlaşdırılması işi isə 2013-cü ilə kimi öz həllini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR