Bank Of Baku

Çin Fransa ilə 20 mlrd. dollarlıq müqavilələr imzalayıb

Çin Fransa ilə 20 mlrd. dollarlıq müqavilələr imzalayıb
# 05 noyabr 2010 07:43 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Xalq Respublikasının sədri Xu Tszintaonun Fransaya dövlət səfəri zamanı ümumi dəyəri 20 mlrd. dollar olan bir sıra ikitərəfli müqavilələr imzalanıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, imzalanma mərasimində Çin lideri ilə yanaşı, Fransa prezidenti Nikolya Sarkozi də iştirak edib.

Çin xarici işlər nazirinin müavini Fu İn jurnalistlərə açıqlamasında bildirib ki, yaxın 5 il ərzində Fransa ilə ticarət dövriyyəsinin həcmini 80 mlrd. dollara çatdırmaq niyyətindədirlər.

Müqavilələrə əsasən, Fransa Çinin atom elektrik stansiyaları üçün 20 min ton uran yanacağı ixrac edəcək, Pekin isə Kanadada fransız korporasiyasına məxsus yataqdan çıxarılan uranın 1/3-ni əldə etmək hüququ qazanıb.

Bundan başqa, aviasiya sahəsində də irihəcmli müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR