Bank Of Baku

«Bakıelektrikşəbəkə» noyabrda gücləndirilmiş iş rejimində çalışacaq

«Bakıelektrikşəbəkə» noyabrda gücləndirilmiş iş rejimində çalışacaq
# 05 noyabr 2010 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 7 noyabr Azərbaycan Respublikası Milli Məclisinə seçkilər günü, 9 noyabr Dövlət Bayrağı Günü və Qurban Bayramı günləri ilə əlaqədar olaraq «Bakıelektrikşəbəkə» ASC noyabr ayında gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətin İdarə Heyətinin sədri qeyd olunan günlərdə abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün sərəncam imzalayıb. Sərəncama əsasən, yarana biləcək qəzaların qarşısının operativ olaraq alınması məqsədilə əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

«Bakıelektrikşəbəkə» ASC abonentləri əmin edir ki, bu qış ötən ilki illərdən fərqli olaraq elektrik enerjisi təchizatı baxımından daha uğurlu keçəcək. Son dörd il ərzində görülən işlər nəticəsində şəbəkənin gücü 53% artaraq 4808 MVA təşkil edir», - deyə məlumatda bildirilir.

Səhmdar cəmiyyəti xəbərdar edib ki, abonentlər yarana biləcək hər hansı problemlər haqqında «199 - Qəza Xidməti»nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR