Bank Of Baku

Bu il ilk dəfə olaraq Mingəçevirdəki binalar qızdırılacaq

Bu il ilk dəfə olaraq Mingəçevirdəki binalar qızdırılacaq
# 05 noyabr 2010 13:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Ölkənin regionlarında yaşayış binalarını və sosial obyektləri istiliklə təmin etmək üçün görülən işlər nəticəsində bu il Sumqayıt şəhərində əlavə olaraq 4 məktəb, 5 uşaq bağçası və 5620 mənzilli 94 yaşayış binası istiliklə təchiz olunacaq.

Bu barədə “APA-Economics”ə “Azəristiliktəchizat” SC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. Ümumilikdə Sumqayıtda 120 bina istilik sisteminə qoşulub.

Onun sözlərinə görə, Mingəçevir şəhərində bu il ilk dəfə olaraq yeni tikilmiş qazanxana vasitəsilə 16 yaşayış binası istiliklə təmin ediləcək. Ümumilikdə bu il Azərbaycanın regionlarında 130 qazanxana vasitəsilə 76 məktəb, 15 uşaq bağçası, 63 səhiyyə obyekti, 71 digər sosial tipli obyekt və 145 yaşayış binasının istiliklə təmin olması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR