Bank Of Baku

Azərbaycanda sutəmizləyici qurğuların istehsalına başlanıb

Azərbaycanda sutəmizləyici qurğuların istehsalına başlanıb
# 06 noyabr 2010 08:20 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 4-də bu zavodda hazırlanmış 4-cü sutəmizləyici qurğu kompleksi dəniz neftçiləri üçün yola salınıb.

Konstruksiya etibarı ilə həm mexaniki, həm də avtomatika elementlərini özündə cəmləşdirən «Topas-75» tipli sutəmizləyici qurğunun yaşayış massivlərində, sənaye müəssisələrində və dəniz neft-qazçıxarma idarələrində tətbiqi nəzərdə tutulur. İlk nümunəsi çexiyalı mütəxəssislərin iştirakı ilə hazırlanmış qurğu sonrakı mərhələlərdə yerli mütəxəssis və fəhlələrin qüvvəsi ilə istehsal olunub. Qurğunun bəzi metal və plastik hissələri xüsusi olaraq Çexiyadan gətirilir. Həmin hissələrin xaricdən idxalını azaltmaq, onların hazırlanma texnologiyasının bilavasitə zavodun özündə mənimsənilməsi və istehsalı məqsədi ilə yerli mütəxəssislər tərəfindən müvafiq təkliflər verilib.

İlin sonunadək zavodda daha bir neçə sutəmizləyici qurğunun istehsalı nəzərdə tutulur. Bu qurğulara olan tələbatı nəzərə alaraq, gələn ildən etibarən “Topas-75”-in istehsalının artırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR