Bank Of Baku

Prezident İlham Əliyev «Xocəsən» yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev «Xocəsən» yarımstansiyasının açılışında iştirak edib
# 08 noyabr 2010 11:59 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev 110/35/10 kV-luq «Xocəsən» yarımstansiyasının açılışında iştirak edib.

«APA-Economics»in xəbərinə görə, «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verərək bildirib ki, yarımstansiyanın tikintisinə 2010-cu ilin yanvarında başlanıb və oktyabrda başa çatdırılıb.

Onun sözlərinə görə, «Xocəsən» yarımstansiyası Oğuz-Qəbələ su kəmərinin su nasoslarını, Bakı Metropoliteninin inkişaf perspektivləri ilə bağlı yeni yaradılacaq metro stansiyalarını, dairəvi yol və digər nəqliyyat infrastrukturunu, inşası nəzərdə tutulan universitet şəhərciyini, sənaye və sosial yaşayış məntəqələrini daimi elektrik enerjisi ilə təmin edəcək.

Daha sonra prezident İ.Əliyev idarəetmə məntəqəsində yarımstansiyanı işə salıb. Ölkə başçısı 100 kV-luq və 35 kV-luq qapalı paylayıcı qovşaqlarda quraşdırılmış avadanlıqla tanış olub, yüksəkgərginlikli paylayıcı xətlərə baxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR