Bank Of Baku

ARDNŞ-da Dövlət Bayrağı Günü münasibətilə “Bilik yarışması” keçirilib

ARDNŞ-da Dövlət Bayrağı Günü münasibətilə “Bilik yarışması” keçirilib
# 09 noyabr 2010 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin Təlim-Tədris Mərkəzində (TTM) 9 noyabr Dövlət Bayrağı günü münasibətilə yeni fəhlə kadrlarının hazırlığı qrupları arasında «Bilik yarışması» intellektual oyunu keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hər birində 10 sual olmaqla 3 turdan ibarət olan yarışda komandalara 30 sual verilib və hər doğru cavab 5 balla qiymətləndirilib.

Yarışda fəallığı ilə seçilən və ən çox bal torlayan «Emalçılar» komandası I, «Neftçilər» komandası II, «Maşinistlər» komandası isə III yerə layiq görülüb. Qalib komandalara kubok və hədiyyələr təqdim olunub. Yarışda 6 komanda iştirak edib.

Qeyd edək ki, intellektual oyunun keçirilməsinin əsas məqsədi müdavimlərin dünyagörüşünü və bilik səviyyəsini inkişaf etdirmək, həmçinin Azərbaycan tarixini, mədəniyyətini və coğrafiyasını gənc fəhlə kadrlar arasında təbliğ etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR