Bank Of Baku

Yaxın 25 ildə neftə tələbat artacaq

Yaxın 25 ildə neftə tələbat artacaq
# 10 noyabr 2010 07:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2035-ci ildə Səudiyyə Ərəbistanı neft hasilatına Rusiyanı geridə qoyacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) 2010-cu il üçün “World Energy Outlook” icmalında bildirilir.

25 ildən sonra Səudiyyə Ərəbistanında neft hasilatı sutkada indiki 9,6 mln. bareldən 14,6 mln. barelə qalxacaq.

İraqın da neft sənayesində artım gözlənilir. Artıq 2015-ci ildə İraq neft hasilatının həcminə görə İrana çatacaq. 2035-ci ildə isə bu ölkədə hasilat gündə 7 mln. barel olacaq.

Bundan başqa, BEA-nın illik məruzəsində deyilir ki, qarşıdakı illərdə neftə tələbat artmaqda davam edəcək. 2035-ci ildə «qara qızıl»a gündəlik tələbat 99 mln. barelə çatacaq ki, bu da 2009-cu ilə nisbətən 15 mln. barel artıqdır.

Neftə tələbat inkişaf etməkdə olan ölkələrin, ilk növbədə Çinin hesabına artacaq. Əgər enerji daşıyıcılarının qiymətində görünməmiş sıçrayış baş verməsə, 25 ildən sonra neftin orta qiyməti bir barel üçün 113 dollar olacaq.

Proqnozlara görə, 2020-ci ildə neftin gündəlik hasilatı 68-69 mln. barel həddində sabitləşəcək və bir də heç vaxt 2006-cı ildə qeydə alınan 70 mln. barellik pik həddinə çatmayacaq. Tələbatla hasilat arasındakı fərq qaz hasilatının, xüsusilə sıxılmış qazın hesabına ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR