Bank Of Baku

Azərbaycanın aparıcı sement istehsalçısı yaxın bir ildə istehsal gücünün 80%-ni təzələyəcək

Azərbaycanın aparıcı sement istehsalçısı yaxın bir ildə istehsal gücünün 80%-ni təzələyəcək
# 10 noyabr 2010 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC zavodda inşa olunacaq yeni sobanı 2011-ci ilin III rübündə istifadəyə verəcək. Bu barədə «APA-Economics»ə ASC-dən bildirilib.

«Qaradağ Sement» şirkətindən həmçinin qeyd olunub ki, müəsir standartlara cavab verən yeni soba hazırda istismarda olan, lakin artıq köhnəlmiş 4 sobanı əvəzləyəcək: «Buna baxamayaraq, zavodda sementin illik istehsal gücü 1,3 mln. tondan 1,7 mln. tonadək, klinkerin illik istehsalı isə 2 616 tondan 4 000 tonadək artacaq. Ümumiyyətlə, artıq 2011-ci ildə zavodun 70-80%-i müasirləşdiriləcək».

Qeyd edək ki, ümumiyyətlə, «Qaradağ Sement» zavodunun modernləşməsi və inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 120 mln. avro məbləğində kredit ayırıb. Yeni sobanın inşası layihəsinin ümumi dəyəri 300 mln. avro təşkil edir.

Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti (76%), AYİB (10%) və Azərbaycan İnvestisiya Şirkəti (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR