Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yeraltı qaz anbarlarında ehtiyatı artıracaq

Azərbaycan Dövlət Neft Şirkəti yeraltı qaz anbarlarında ehtiyatı artıracaq
# 10 noyabr 2010 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Kalmaz və Qaradağ yeraltı qaz anbarlarında qazın ehtiyatını 57,9% artıracaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan bildirilib.

Şirkətdən həmçinin qeyd olunub ki, Qaradağ qaz anbarında artıq 34 quyu əsaslı təmir olunub və bunların 24-ü qaz anbarına qazın vurulması prosesinə qoşulub. Bununla yanaşı, təhlükəsizlik baxımından 8 quyu ləğv edilib.

Kalmaz anbarında isə 32 quyu təmir olunub və artıq hamısı anbara qazın vurulması prosesinə qoşulub.

Bundan başqa, 2010-cu ildə Qaradağ qaz anbarında kompressor stansiyası istismara veriləcək ki, onun sutkalıq gücü 7 mln. kubmetr təşkil edəcək. Kalmaz anbarında isə kompressor stansiyasının təmirinə və 110 quyuluq qazpaylayıcı məntəqənin tikintisinə başlanılıb.

Cari il ərzində hər iki yeraltı anbarda qaz ehtiyatı 1,9 mlrd. kubmetrdən 3 mlrd. kubmetrə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR