Bank Of Baku

Oktyabrda Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb

Oktyabrda Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb
# 10 noyabr 2010 14:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3 209,496 min ton Azərbaycan nefti nəql olunub. Bu, analoji sentyabr göstəricisindən 2,2% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ötən ilin oktyabr ayı ilə müqayisədə isə BTC ilə nəql olunan neftin həcmi dəyişməyib. Əvəzində, yanvar-oktyabr aylarında bu kəmərlə neftin nəqli artıb. Bu ilin ilk 10 ayında BTC ilə 31 173,299 min ton neft ötürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,2% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu il noyabr ayının 1-ə qədər BTC-yə 137 710,567 min ton neft vurulub. Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 200,879 min ton Türkmənistan nefti nəql olunub. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 856 min ton təşkil edib. Ötən ildən fərqli olaraq bu il BTC ilə Qazaxıstan nefti nəql edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR