Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı 9% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı 9% artıb
# 10 noyabr 2010 15:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin oktyabr ayı ərzində Ceyhan limanından 3 237,427 min ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayı ilə müqayisə də bu göstərici 8,8% artıb, ötən ilin oktyabrına nisbətən isə təqribən 2% azalıb.

Bu ilin yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 31 129,476 min ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb. Ümumiyyətlə, BTC istismara verilən gündən 2010-cu ilin noyabr ayının 1-ə qədər Ceyhan limanından 135 748,284 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR