Bank Of Baku

Gələn il Azərbaycanda neft hasilatı 2,2% artacaq

Gələn il Azərbaycanda neft hasilatı 2,2% artacaq
# 11 noyabr 2010 09:00 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

Şirkətdən qeyd olunub ki, bu il ölkədə hasil olunan neftin həcminin 52,450 mln. ton olacağı gözlənilir, bu isə 2009-cu illə müqayisədə 4% çoxdur. Sözügedən proqnoz uğurla yerinə yetirilərsə, Azərbaycanda «qara qızıl» hasilatı son 5 ildə ümumilikdə 62,5% artacaq.

Gələn il ölkədə hasil olunan 53,6 mln. ton neftin 8,2 mln. tonu Azərbaycan Dövlət Neft Şirkəti, 45,4 mln. tonu isə ölkədə fəaliyyət göstərən xarici şirkətlərin payına düşəcəyi proqnozlaşdırılır. Bu il ərzində isə ARDNŞ-in 8,4 mln. ton, xarici şirkətlər isə 44,4 mln. ton neft hasil edəcəyi gözlənilir. Belə olduğu halda, ARDNŞ-in builki neft hasilatı 2009-cu illə müqayisədə 1,7% azalacaq, xarici şirkətlərin «qara qızıl» hasilatı isə 6% artacaq.

Gələn il isə neft hasilatının 2010-cu illə müqayisədə ARDNŞ üzrə 2,4% azalacağı, xarici şirkətlər üzrə isə 2,3% artacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda ümumiyyətlə 50,419 mln. ton neft istehsal olub. Bunun 8,543 mln. tonu ARDNŞ, 41,876 mln. tonu isə xarici şirkətlərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR