Bank Of Baku

Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən zavodların sayı 30-a çatdırılacaq

Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən zavodların sayı 30-a çatdırılacaq
# 11 noyabr 2010 10:42 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə STP-dan məlumat verilib.

Cari ilin sonunadək ərazisi 43 hektar olan STP-də qaynar sinkləmə zavodu, alüminium profillər zavodu, elektron sayğaclar zavodu və s. istismara veriləcək: «Burada görülən işlər artıq başa çatmaq üzrədir və ilin sonunadək müəssisələr fəaliyyətə başlayacaq. Məsələn, qaynar sinkləmə zavodunda Almaniya istehsalı olan Avropanın ən iri vannası quraşdırılıb».

Bundan başqa, perspektivdə STP-də daha 19 zavodun açılması nəzərdə tutulub ki, bu müəssisələr kimyəvi qalvanizasiya, ağır avadanlıqlar, su nasosları, elektrik mühərrikləri, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal ediləcək: «Bu zavodların bəzilərinin tikintisi başa çatmaq üzrədir, bəziləri tikilir, digərlərinin inşası üzrə isə xarici şirkətlərlə danışıqlar aparılır. Yeni zavodların tam fəaliyyəti yaxın 2-3 il ərzində təmin olunacaq».

STP-dən həmçinin bildirilib ki, hazırda Parkda 5 zavod fəaliyyət göstərir və burada müxtəlif diametrli elektrik naqilləri, güc kabelləri, yüksək gərginlikli ötürücü kabelləri, plastik borular və s. məhsullar istehsal olunur: «Sözügedən 5 zavodun fəaliyyətə başlaması üçün, tikinti istisna olmaqla, 130-150 mln. manat investisiya tələb olunub, daha 6 zavod üçün 150-170 mln. vəsait, yeni 19 zavod üçün isə 500 mln. manatadək investisiya tələb olunacaq. Biz investisiyaları kredit şəklində cəlb edirik, eyni zamanda, bu məsələdə dövlət ayırmaları da mövcuddur».

Qeyd edək ki, STP-nin tikinti-quraşdırma işlərini «Inter Energy» və «Azenco» şirkətləri həyata keçirir.

Xatırladaq ki, Parkda bütün zavodlar işə düşdükdən sonra müəssisədə 2500-dən artıq yeni iş yerlərinin yaranması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR