Bank Of Baku

“Azərenerji”: Bayram günlərində enerji təminatında problem olmayacaq

“Azərenerji”: Bayram günlərində enerji təminatında problem olmayacaq
# 11 noyabr 2010 12:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın enerji sistemi noyabrın 13-dən etibarən gücləndirilmiş iş rejiminə keçəcək.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Qurban bayramı günlərində istehlakçıların enerji ilə təminatını təmin etmək məqsədilə enerji sistemində tədbirlər planı həyata keçirilib. O cümlədən ehtiyatda olan elektrik avadanlıqları təmir edilərək tam hazırlıq vəziyyətinə gətirilib.

Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən verilən məlumata görə, bayram günlərində tələbatın artmasına baxmayaraq (dispetçer qrafikinə əsasən gündəlik istehlaka uyğun istehsal dinamikasının müqayisəsi, hava şəraiti və s. nəzərə alınmaqla), respublikanın elektrik enerjisi ilə təminatında problem olmayacaq.

ASC istehlakçıları yarana biləcək hər hansı bir problemlər haqqında 186 saylı telefonla “Qaynar xətt”ə məlumat verməyə çağırıb. Operativ qruplar vasitəsilə yaranmış qüsuru dərhal aradan qaldırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR