Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri oktyabrda 0,1% ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri oktyabrda 0,1% ucuzlaşıb
# 11 noyabr 2010 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,3% azalıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 3,9% artıb.

Emal sənayesində istehsalçı qiymətləri kağız və karton istehsalı üzrə 7,6%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 2,3%, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 0,8%, rezin və plastmas məmulatların istehsalı üzrə 0,7%, qida məhsullarının istehsalı üzrə 0,6%, tütün məmulatlarının istehsalı üzrə 0,3%, içkilərin istehsalı üzrə 0,1% bahalaşıb, əczaçılıq məhsullarının istehsalı üzrə 2,1%, toxuculuq sənayesi üzrə 1,6%, geyim istehsalı üzrə 0,9%, metallurgiya sənayesi üzrə 0,7%, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə isə 0,3% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR