Bank Of Baku

Azərbaycan külək elektrik stansiyası tikəcək

Azərbaycan külək elektrik stansiyası tikəcək
# 11 noyabr 2010 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərenerji» ASC Qobustanda 100 MVt-lıq külək elektrik stansiyası inşa etmək niyyətindədir. Bu barədə «APA-Economics»ə ASC-dən məlumat verilib.

«Azərenerji»dən verilən məlumata görə, hazırda sözügedən stansiyanın tikintisinə nə vaxt başlanacağı müəyyən olmayıb: «Lakin artıq bu cür planımız, stansiyanın inşası üçün texnologiyamız və tərəfdaşlarımız mövcuddur».

Qobustandakı külək elektrik stansiyası 3 mərhələ üzrə tikiləcək ki, ilkin mərhələdə stansiyanın gücü 10 MVt, daha sonra 40 MVt, sonda isə 50 MVt olacaq. Nəticədə, stansiyanın ümumi gücü 100 MVt-a çatdırılacaq.

Qeyd edək ki, stansiyanın tikintisini Azərbaycanın «Azenco» şirkəti həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR