Bank Of Baku

Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib

Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib
# 11 noyabr 2010 13:28 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində 2010-cu ilin oktyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 110,17% təşkil edib.

Bu barədə “APA-Economics”ə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonunun rəisi Hakim Hüseynov məlumat verib.

Onun sözlərinə görə, cari ilin oktyabr ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 600,98 min manat dəyərində, 10016,35 min kvt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 662,1 min manat dəyərində ödəniş olub.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79501 nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 76113 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR