Bank Of Baku

ARDNŞ-ın dövlət büdcəsinə ödənişləri azalıb

ARDNŞ-ın dövlət büdcəsinə ödənişləri azalıb
# 11 noyabr 2010 15:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin oktyabr ayında dövlət büdcəsinə 112 mln. 333 min manat vəsait ödəyib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin oktyabrı ilə müqayisədə 0,5% və ya 552 min manat, bu ilin sentyabrına nisbətən 20,2% və ya 28 mln. 473 min manat azdır.

2010-cu ilin yanvar-oktyabr aylarında büdcəyə 960 mln. 315 min manat ödənilib. Bu göstərici 2009-cu ilin yanvar-oktyabr ayı ilə müqayisədə 135 mln. 866 min manat və ya 16,5% çox olub.

Bundan başqa, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 mln. 262 min manat vəsait köçürüb ki, bu da ötən ilin oktyabr ayına nisbətən 3 mln. 147 min manat (38,8%) çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən fonda ödəniş 108 mln. 756 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 mln. 920 min manat (15,9%) çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR