Bank Of Baku

Mahir Məmmədov: "Biz Potini qazlaşdırmağa tam hazırıq, bu işə başlamaq üçün dövlət orqanlarından dəvət gözləyirik"

Mahir Məmmədov: "Biz Potini qazlaşdırmağa tam hazırıq, bu işə başlamaq üçün dövlət orqanlarından dəvət gözləyirik"
# 11 noyabr 2010 19:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Biz Potidə bütün layihə proseduralarına aid işlərimizi bitirmişik. Biz Potini qazlaşdırmağa tam hazırıq". bu sözləri APA-nın Gürcüstan bürosuna ARDNŞ-in Gürcüstan bürosunun rəhbəri Mahir Məmmədov bildirib. Onun sözlərinə görə, Gürcüstan energetika nazirliyi Senaki şəhərindən Potiyə qədər 32 km məsafədə magistral qaz kəməri çəkməlidir. "Bu xəttin çəkilişi davam edir. Energetika nazirliyi, şəhər və quberniya rəhbərliyi ilə birgə görülən işlərdən belə məlum olub ki, şəhərdə olan digər kommunikasiya işlərinin görülməsi ləngiyir".

ARDNŞ-in Gürcüstan rəhbəri Potidəki kommunikasiya işlərinin görülməsinin 2011-ci ilin birinci yarısına keçirildiyi deyib. "Bu barədə bizə məlumat verilib. Dövlət qurumları bizdən xahiş ediblər ki, şəhərin daxilində olan qazlaşdırma işlərini, onların kommunal xətləri ilə birgə başlayaq. Əks təqdirdə biz öhdəmizə düşən işləri başlayıb və qurtarmağa hazır idik. Qeyd etdiyim kimi biz layihələri həyata keçirmək üçün qüvvələrimizi tam səfərbər etmişik və bu layihələr bir daha nəzərdən keçirilib və biz Potini qazlaşdırmağa tam hazırıq. Dövlətin çəkdiyi magistral qaz kəmərini bizim Poti şəhərində yaradacağımız daxili şəbəkə ilə birləşdirici xəttin çəkilməsi tərəfimizdən artıq qurtarıb".

Mahir Məmmədov Poti şəhərinə qaz çəkilmək işində heç bir problem olmayacağını söyləyib: "Biz indi yerli dövlət orqanlarından qazlaşdırmanı başlamaq üçün dəvət gözləyirik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR