Bank Of Baku

Mahir Məmmədov: "Biz Gürcüstan bazarında rəqabətdə qalib gəlirik"

Mahir Məmmədov: "Biz Gürcüstan bazarında rəqabətdə qalib gəlirik"
# 11 noyabr 2010 23:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Azərbaycan Respublikası Neft Şirkətinin Gürcüstanda neft məhsullarının satışı rəsmi idxaldır. Bu idxalın 98 faizi Azərbaycanın payına düşür". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib. "Azərbaycanın idxalı 400 min ton səviyyəsindədir. Bu il Gürcüstanda tələbat və istehlakın artmamağı müşahidə olunur. Bununla belə biz bu rəqəmi azaltmayacağıq, əksinə artıracağıq".

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Gürcüstan bazarında neft məhsullarının satışında ədalətsiz və insafsız rəqabətlə üzləşdiklərini də deyib.
"Biz ədalətsiz və insafsız bir rəqabətlə üzləşirik. Bir ara müəyyən destruktiv qurumlar din amilini ortalığa atdılar. Neft məhsullarının satışına mane olmaq istədilər. Əlbəttə, Gürcüstan dini nöqteyi-nəzərdən o qədər tolerant bir ölkədir ki, bu cəhdlər böyük bir "uğur"a səbəb olmadı. Artıq bu tarixdir. Digər tərəfdən neft məhsulları bazarında digər məqamları da ortaya qoyub bizimlə insafsız və ədalətsiz rəqabət aparmaq istəyirlər. Biz bütün imkanlarımızı səfərbərliyə alaraq onları zərərsizləşdiririk və daha inkişafa doğru addımlar atırıq. Bu bizim ədalətli işimizdir. Ona görə də Gürcüstan bazarında da rəqabətdə qalib gəlirik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR