Bank Of Baku

ARDNŞ-in Gürcüstan nümayəndəliyi (SOCAR) bu il də ilin ən böyük vergi ödəyicisi olacaq

ARDNŞ-in Gürcüstan nümayəndəliyi (SOCAR) bu il də ilin ən böyük vergi ödəyicisi olacaq
# 12 noyabr 2010 00:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "ARDNŞ-in Gürcüstan nümayəndəliyi bu il də ilin ən böyük vergi ödəyicisi olacaq. Biz vergi ödəmək sahəsində təcrübəmizi hər il yüksək göstəricilər əldə etməklə davam etdiririk. Gürcüstanda vergi xəritəsində bizə bərabər bir rəqib gözlənilmir və duyulmur". Bu sözləri APA-nın Gürcüstan bürosuna ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib.

"Bizim mütəxəssislər öz işlərini yaxşı bilirlər. Gürcüstanda bizim iş dairəmiz, həm də təhsil dairəmiz gündən-günə artır və iş yerlərinin açılması, yeni istehsalat yerlərinin fəaliyyəti bizim keçən illərdəki kimi bu il də birinciliyi əldən verməməyimiz barədə məlumat verir", deyə M.Məmmədov vurğulayıb.

Xatırladaq ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyi Gürcüstanın dövlət büdcəsinə 2008-ci ildə 279 milyon lari, 2009-cu ildə dünya bazar qiymətlərinin aşağı düşməsi ilə əlaqədar 143 milyon lari ödəyərək ilin ən yaxşı vergi ödəyicisi nominasiyasına sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR