Bank Of Baku

OPEC neft istehlakı üzrə proqnozunu artırıb

OPEC neft istehlakı üzrə proqnozunu artırıb
# 12 noyabr 2010 09:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Neft İxracatçı Ölkələri Təşkilatı (OPEC) 2010-cu və 2011-ci illər üçün dünyada neft istehlakı üzrə proqnozunu artırıb.

APA-Economics”in www.k2kapital.com portalına istinadən xəbərinə görə, cari il üçün proqnoz günə 190 min barel artırılaraq 1,3 mln. barel, gələn il üçün isə 120 min barel artırılaraq 1,2 mln. barel səviyyəsində müəyyən edilib.

OPEC-in izahında deyilir ki, proqnozun artırılması ilk növbədə inkişaf etmiş ölkələrdə neftə olan tələbat üzrə perspektivlərin yaxşılaşması ilə bağlıdır. Qeyd olunur ki, cari ilin III rübündə bu ölkələrdə neftin istehlakı proqnozlardan daha yüksək olub ki, bu da öz növbəsində iqtisadiyyatların dəstəklənməsi üzrə müxtəlif proqramların həyata keçirilməsinin nəticəsi olub.

Neft üzrə istehlak proqnozunun artırılmasının əsas səbəblərindən biri kimi OPEC dünya iqtisadiyyatın artım templəri üzrə proqnozların artırılmasını da vurğulayır. Belə ki, OPEC 2010-cu il üçün dünya iqtisadiyyatının artım tempi üzrə proqnozunu 3,9%-dən 4,1%-dək yüksəldib.

Xatırladaq ki, bu, son zamanlar OPEC tərəfindən ikinci proqnoz artırıdır. Ötən həftə bu göstərici 2,1%-dən 3,9%-dək artırılıb. Proqnozun artırılmasına əsas olaraq OPEC sənaye sahəsində, xüsusən də Almaniya və Hindistanda fəallığın gözləntilərdən daha yüksək templərlə artmasını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR