Bank Of Baku

Azərbaycan neft hasilatını 43 mln. tona çatdırıb

Azərbaycan neft hasilatını 43 mln. tona çatdırıb
# 12 noyabr 2010 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 22,5 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə mühüm sənaye məhsullarından xam neftin hasilatı 1,6% artaraq 42,9 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 4,2% artaraq 14 mlrd. kubmetr olub. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalından artım tempi daha çox - 6,1% olub, istehsalın həcmi isə 4,1 mlrd. manat olub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,8%-ni təşkil edib, ümumi istehsalın 93,2%-i sənaye mallarının (əmtəələrin), 6,8%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Sənaye məhsulunun 75,8%-i mədənçıxarma bölməsində, 19%-i emal bölməsində, 4,6%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. Sənaye məhsullarının əsas hissəsi istehlakçılara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR