Bank Of Baku

Sumqayıtda 61 480 ədəd qaz sayğacı quraşdırılıb

Sumqayıtda 61 480 ədəd qaz sayğacı quraşdırılıb
# 13 noyabr 2010 07:50 (UTC +04:00)
Bakı - APA-Economics. Sumqayıt şəhərində 2010-cu ilin oktyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 104,7 faiz təşkil edib.

Sumqayıt Qaz İstismar İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 273340,51 manat dəyərində, 2733,4 min m3 həcmində təbii qaz istifadə edilib. Ödənişdə 48761 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 65 140 nəfərdir. Şəhər üzrə ümumilikdə 61 480 ədəd qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR